Azərbaycanda DƏHŞƏT: 44 yaşlı qadın yanaraq öldü

Azərbaycanda DƏHŞƏT: 44 yaşlı qadın yanaraq öldü

Goranboy rayonunda fərdi yaşayış evlərindən birində yanğın baş verib.

Publika.az bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.

Ev sahibi Qırıxlı kənd sakini 44 yaşlı Altay Verdiyevə məxsus yaşayış evində baş verən hadisə nəticəsində ev sahibi, adıçəkilən şəxs yanaraq dünyasını dəyişib.Hadisə nəticəsində ev sahibinin həyat yoldaşı 1981 ci il təvəllüdlü Mustafayeva Mehriban Əbülfəz qızı isə müxtəlif yanıq xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində alov yaxınlıqda yerləşən daha 3 evə keçib.

Alovu söndürmək üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə İdarəsinin rəsmiləri cəlb olunub.

Təxminən 1 saat sonra alovu ram etmək mümkün olub.

İlkin ehtimala görə hadisə qaz sobasının yanında olan uşaq paltarına alovun düşməsi səbəbindən baş verib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Mənbə: publika.az