Bakıda "Megan" oğurlandı

Bakıda "Megan" oğurlandı

Bakıda avtomobil oğurlanıb.

Lent.az -ın məlumatına görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Babayev Nicat Rafiq oğluna məxsus "Renault Megan" markalı avtomobil oğurlanıb. Hadisə ilə bağlı zərərçəkmiş özü hazırda maşının Bakıda olduğunu saytımıza bildirib:

"Maşın bu dəqiqə Bakıdadır. Bu adam artıq 10-cu avtomobildir belə oğurlayır. Aparıb həyətində saxlayır və 2-3 min manat pul aldıqdan sonra avtomobili sahibinə qaytarır".

Hazırda faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırma aparılır.

Mənbə: lent.az