"Sərnişinlər 8 saat girov qaldıqdan sonra azadlığa buraxılıb və Naxçıvana çatdırıldı" - VİDEO

"Sərnişinlər 8 saat girov qaldıqdan sonra azadlığa buraxılıb və Naxçıvana çatdırıldı"  - VİDEO

Naxçıvanda dəmir yolu hələ XX əsrin əvvəlindən mövcud olub, Bakı ilə isə 1941-ci ildə polad xətlə birləşib. Erməni təcavüzü nəticəsində Mehri dəhlizindən keçən dəmir yolu xəttinin fəaliyyəti dayandırılıb və Naxçıvan Muxtar Respublikası blokadaya düşüb.

Elman Hüseynov 1991-ci ildə Bakıdan Naxçıvana yola düşən sonuncu sərnişin qatarının bələdçilərindən olub. O xatırlayır ki, sərnişinlər 8 saatdan çox girov qaldıqdan sonra azadlığa buraxılıb və Naxçıvana çatdırılıb.

Elman bəy yenidən bələd olduğu doğma çığırlara qayıdacağı gün üçün həyəcanlanır.

 

 

Mənbə: moderator.az