Oğlunu 30 il evə həbs edən ana saxlanıldı - Şok olay

Oğlunu 30 il evə həbs edən ana saxlanıldı - Şok olay

İsveçin paytaxtı Stokholmda 70 yaşlı bir ana illərdir 40 yaşındakı oğlunu evdə dustaq saxlamaqda şübhəli bilinərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Stokholmun cənubundakı Haninge bölgəsindəki mənzildə xəsarət alan şəxsi müalicə edən xəstəxana işçiləri hadisə barədə polisə məlumat verib.

Yaradılan istintaq qrupu mənzili mühasirəyə alıb. Stokholm prokurorluğu qohumu tərəfindən yaralanan 40 yaşlarında bir şəxsin yaşadığı evdə tapıldığını və həmin adamın 30 ilə yaxın ev dustağı kimi saxlalnıldığını açıqlayıb. Oğlanın vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib, lakin əməliyyata ehtiyac olduğu bildirilib.

Ana oğlunu dustaqlıqda saxladığını və ona ağır bədən xəsarətləri yetirməsinə dair ittihamları rədd edib.

Polis ananın oğlunu uzun müddət əsir kimi saxladığını düşünür.

Mənbə: teleqraf.com