LGBT düşməni olan deputat homoseksual şənlikdə yaxalandı

LGBT düşməni olan deputat homoseksual şənlikdə yaxalandı

Avropa Parlamentinin millət vəkili Jozef Szajer Brüsseldə homoseksual cinsi əlaqə əyləncəsində basılıb.

Publika.az xəbər verir ki, 22:00-06:00 saatları arasında küçəyə çıxma qadağası tətbiq olunan Brüsseldə polis qaydaları pozaraq təşkil olunan şənliyə basqın edib.

Polis mərkəzinə yaxın məsafədə yerləşən barın 1-ci mərtəbəsində təşkil olunan qanunsuz şənliyi sonlandırmaq üçün binaya daxil olub və 25 çılpaq insanla qarşılaşıb.

Onlar arasında Jozef Szajer də olub.

Qeyd edək ki, sözügedən şəxs Macarıstan Konstitusiyasında homoseksual evlilikləri qadağan edən dəyişikliyin memarıdır. O, son dövrlərdə LGBT-yə qarşı fikirləri ilə tənqid atəşinə tutulmuşdu.

Mənbə: publika.az