Qırx gün əvvəl itkin düşən gənc şəhid kimi doğma kəndinə geri döndü

Qırx gün əvvəl itkin düşən gənc şəhid kimi doğma kəndinə geri döndü

2001-ci il təvəllüdlü Həmzəyev Musa Xalid oğlunun 40 gün əvvəl itkin düşdüyü barədə xəbər gəlib. O, bu gün doğulduğu Şabran rayonunun Rəhimli kəndində torpağa tapşırılıb.

40 gün əvvəl müharibə bölgəsində itkin düşən Həmzəyev Musa Xalid oğlunun acı xəbəri doğulduğu kəndə nəşindən qabaq gəlib çatıb. O, bu gün Şabran rayonunun Rəhimli kəndində torpağa tapşırılıb. Beləliklə, Rəhimli kəndi vətən müharibəsində üçüncü şəhidi ilə vidalaşıb.

Musa Həmzəliyev 2001-ci ildə anadan olub. 40 gün əvvəl doğmalarına onun itkin düşdüyü barədə xəbər gəlib. Musanın cansız bədəni isə ailəsinə bu gün təhvil verilib. Qeyd edək ki, şəhidimiz Axıska türküdür.

Mənbə: sputnik.az