Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi – FOTO

Biləcəri qəsəbəsinin bələdiyyə sədri vəfat edib.

XəbərAl.az xəbər verir ki, Binəqədi rayonunun inzibati ərazisinə daxil olan Biləcəri qəsəbəsinin bələdiyyə sədri İlham Xəlilov bu gün vəfat edib.

COVID-19-a yoluxan bələdiyyə sədri artıq bir müddətdir ki, virusla mübarizə aparardı

Faktı Binəqədi Rayon İcra Hakimiyyətindən təsdiq ediblər.

Bildirilib ki, ilkin olaraq evdə müalicə alan bələdiyyə sədri, vəziyyəti ağırlaşdığı üçün həkim məsləhəti ilə xəstəxanaya yerləşdirilib. Təəssüf ki, aparılan müalicələrə baxmayaraq, bu gün dünyasını dəyişib.

Xatırladaq ki, İlham Məmməd oğlu Xəlilov 1958-ci ildə Şəmkir rayonunda anadan olub.

Xeberal.az

ƏVVƏLKİ XƏBƏR

Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı - VİDEO

SONRAKI XƏBƏR

"Makkabi" ilə oyun öncəsi son məşq - Şəkillər