Külli miqdarda dələduzluqa ittiham edilirdi, Rusiyaya qaçmışdı – Məhkəmə işi

Külli miqdarda dələduzluqda ittiham edilən şəxsin məhkəməsi davam etdirilir. O, Rusiyada saxlanılaraq Azərbaycana gətirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1963-cü il təvəllüdlü Zamanov Oqtay Sultan oğlunun cinayət işi üzrə məhkəmə araşdırması keçirilir.

Məhkəmə araşdırması hakim Faiq Qəniyevin sədrliyi ilə davam etdirilir.

Oqtay Zamanov bir neçə nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham edilir. O, mənzil fırıldağında suçlanır.

Barəsində çoxsaylı şikayətlər edildikdən sonra O.Zamanov Rusiyaya qaçıb.

Azərbaycan Baş Prokurorluğu tərəfindən Rusiya Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğular edilib.

Sorğuya müsbət cavab verilib və O.Zamanovun Azərbaycana ekstradisiyası həyata keçirilib.

Cumhuriyyet.net

ƏVVƏLKİ XƏBƏR

Maskaları şərflə əvəz etmək olarmı? - AÇIQLAMA

SONRAKI XƏBƏR

“Bank VTB (Azərbaycan)”da - Yeni Təyinat