Tanınmış vəkil koronavirusdan vəfat etdi

Tanınmış vəkil koronavirusdan vəfat etdi

Azərbaycanın tanınmış vəkili Adil İsmayılov vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun həmkarları məlumat verib. A. İsmayılovun koronavirusdan öldüyü bildirilir.

Qeyd edək ki, Adil İsmayılovun 30 illik vəkil təcrübəsi olub. O, 1955-ci il iyulun 6-da Göyçayda anadan olub.

İlk fəaliyyətə prokurorluq orqanlarında başlayıb. Sumqayıt şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, daha sonra Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq olub. Daha sonra öz ərizəsi ilə işindən ayrılıb.

Vəkil kimi isə “Qara kəmər” əməliyyatında DİN generalı Zakir Nəsirovun, Ramil Səfərovun, “MTN işi”ndə general Sübahir Qurbanovun hüquqlarını müdafiə edib.

A.İsmayılov 1993-cü ildə həbs edilən İsa Qəmbərin, keçmiş daxili işlər naziri, mərhum İskəndər Həmidovun da vəkili olub.

Sonuncu işində isə Azərbaycanın keçmiş baş prokuroru Eldar Həsənovun vəkili idi. Hazırda E.Həsənovun cinayət işi ilə bağlı istintaq davam edir.

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

 


Mənbə: qafqazinfo.az