Ötən gün evi tərk edən 2 koronavirus xəstəsi həyatını itirib

Ötən gün evi tərk edən 2 koronavirus xəstəsi həyatını itirib

Bakı. Samir Əli - Trend:

Koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, ötən gün daxili işlər orqanları əməkdaşları tərəfindən yaşayış yerini tərk edən 27 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb:

"Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir".

Mənbə: az.trend.az