Keçmiş başçının bacısı oğlu hakim qarşısında

Keçmiş başçının bacısı oğlu hakim qarşısında

Şabranda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası törədən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Hacıyevin sədrliyi ilə araşdırılır.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, törətdiyi qəza Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.
Qəza hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Hadisə zamanı rayon sakinləri Babayev Cəlal Azad oğlu, Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu ölüb, digər rayon sakinləri - İsmayıl Zəkiyev, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur.
Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.

Mənbə: cia.az