Şabranda COVİD-19 xəstəsi saxlanılıb

Bakı. Samir Əli - Trend:

Şabranda COVİD-19 xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakini M.Məmmədova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs karantin qaydaları pozaraq yaşayış yerini tərk edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Hərbi qüvvə sayı ruslarla eyni olacaq – Türk ordusu Qarabağa gəlməyə hazırlaşır

SONRAKI XƏBƏR

Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı