Ərdəbil həbsxanasında koronavirus tüğyan edir: Milli fəalların həyatı təhlükədə

Ərdəbil həbsxanasında koronavirus tüğyan edir: Milli fəalların həyatı təhlükədə

Ərdəbil həbsxanasında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalları Əli və Rza Vasiqi qardaşlarının həyatına təhlükə yaranıb. GAMOH-dan Cebhe.info-ya daxil olan məlumata görə, həbsxanada koronavirus tüğyan edir.

Qohumları ilə telefon danışığı zamanı hərəkatçı qardaşlar həbsxanada vəziyyətin dözülməz olduğunu bildiriblər.

"Məhkumlar qızdırmadan, əzələ ağrılarından və nəfəs çatışmazlığından əziyyət çəkir"-deyə, Vasiqi qardaşları bildirib. Onlar bildirib ki, virusdan hər an ölə bilərlər. Milli fəallar hesab edir ki, yaranacaq hər hansı təhlükə ilə bağlı məsuliyyəti həbsxana rəhbərliyi və Ərdəbil məhkəmə orqanları daşıyacaq.

Qeyd edək ki, son günlər Ərdəbil həbsxanasının bütün bölmələrində koronovirus xəstəliyi ilə bağlı çox məlumatlar yayılıb. Həbsxanada durumun həddindən artıq ağır olmasına baxmayaraq az sayda məhkum tibbi məzuniyyətə göndərilib.

Aydın

Mənbə: cebhe.info