Yasamalda iki avtomobil toqquşub, xəsarət alan var

Yasamalda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
“Oxu.az”in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1980-ci il təvəllüdlü Cabbarov Dayandur Teymur oğlu bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: axin.az