Qubada minik avtomobilləri toqquşub

Qubada minik avtomobilləri toqquşub

Quba rayonunda yol qəzası olub.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ 2106 və "Volkswagen Passat" avtomobilləri toqquşub.

Nəticədə VAZ-da olan Talabı kənd sakinləri - Absalam Seyidəliyev və Mahirə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.report

Nərmin Məcidli

Mənbə: xezerxeber.az