Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb, ot tayalarına od vurublar - FOTO

Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb, ot tayalarına od vurublar - FOTO

Erməni işğalçılarının təhvil verməli olduqları yaşayış məskənlərimizə ziyan vurmasını əks etdirən faktlardan daha biri sosial şəbəkələrdə fotolar şəklində yayılıb.

Fotolardan görünür ki, işğalçılar Ağdam rayonunun Qiyaslı kəndindən çıxarkən mal-qara saxladıqları dağıdılmış məsciddə ot tayalarını yandırıblar. Onlar həmçinin məzarları da dağıdıblar. Onlar hətta məzarlarını da qazıblar.

Həmin fotoları təqdim edirik:

Mənbə: www.oxu.az