Bibisinə əmanət edilən qız qolundan oldu - DƏHŞƏT...

Bibisinə əmanət edilən qız qolundan oldu - DƏHŞƏT...

Rusiyada maddi sıxıntı yaşayan qadın 7 yaşlı qızını bir neçə aylıq bibisinin yanına göndərib. Ancaq bibisi azyaşlının hər səhvində onu döyməklə cəzalandırıb. 6 ay sonra qolunu hiss etməyən qızın qolunun qanqrena olduğu ortaya çıxıb.

Moderator.az xəbər verir ki, baş verən hadisə zamanı qızın qolu şiddətli dərəcədə şişdikdən sonra qəddar bibi azyaşlını xəstəxanaya aparıb. Qızın qolunun qanqrena olduğunu müəyyən edən həkimlər şübhələnərək polisə xəbər verib.

Polis tərəfindən nəzarətə aparılan bibi 6 ay ərzində qardaşı qızını döydüyünü və qolunu qırdığını etiraf edib. Göstərilən bütün tibbi müdaxilələrə rəğmən azyaşlı qızın qolunu xilas edə bilməyən həkimlər qolu amputasiya etmək məcburiyyətində qalıblar.

Kamran

 

 

 

Mənbə: moderator.az