Türkiyədə daha 196 nəfər koronavirusdan öldü

Türkiyədə daha 196 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində 196 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 6128 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 14 705, virusa yoluxanlar isə 533 198 nəfərə çatıb.
Türkiyədə indiyədək 427 242 pasiyent (son sutkada 4100 nəfər) sağalaraq evə buraxılıb.

Mənbə: metbuat.az