Yunanıstanda polis idarəsinə basqın edildi

Yunanıstanda naməlum şəxslər polis idarəsinə basqın edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hücum paytaxt Afinada baş verib. 70-80 nəfərlik maskalı qrup polis idarəsinə zorla daxil olub.

Dəyənək, içki şüşəsi və digər soyuq silahlarla idarəyə basqın edən qrup 5 polis əməkdaşını yaralayıb. Hazırda hadisə yerindən uzaqlaşmağı bacaran qrup üzvlərinin kimliyi araşdırılır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Bu il dünyada virtual reallıq kontenti üçün xərclər 1 milyard dolları ötəcək

SONRAKI XƏBƏR

NATO hansı gücə malikdir? - Maraqlı detallar