Çində güclü partlayış - Çoxsaylı tələfat var

Bu gün Çinin cənub-qərbində yerləşən kömür mədənlərindən birində partlayış olub.

Publika.az xəbər verir ki, Çunsin şəhəri yaxınlığında yerləşən mədəndəki partlayış nəticəsində 23 nəfər həlak olub.

Bildirilir ki, partlayışa mədəndən çıxamalı olan zəhərli qazların düzgün sirkulyasiya etməməsi səbəb olub. Hadisə vaxtı mədənin yeraltı issəsində 24 nəfər olub və onlardan 23-nün meyiti çıxarılıb.

Hadisənin səbəblərinin tam dəqiqləşdirilməsi məqsədilə komissiya yaradılıb.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Ana südü ilə qidalanan körpənin əlavə qida və maye qəbulu

SONRAKI XƏBƏR

Rəsul Mirhəşimli: "Şuşanın azad olunması Azərbaycan Ordusunun qəhrəmanlıq dastanıdır" – Video