Salyanda daha iki şəhid dəfn olunub FOTO

Salyanda daha iki şəhid dəfn olunub FOTO

Bu gün Salyan rayonunda iki şəhid dəfn olunub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Vətən müharibəsinin ilk günlərindən yaxınları, ön cəbhədə olan 19 yaşlı əsgər Nicat İbrahim oğlu Nağıyevdən və 22 yaşlı könüllü döyüşçü Famil Hicran oğlu Camalzadədən bir məlumat ala bilmirdilər. Ötən gün hər iki döyüşçünün şəhid olduqları məlum olub, cənazələri bu gün yaşadıqları Salyan rayonuna gətirilib.

Əsgər Nicat Nağıyev Salyan rayonunun Qızılağac, 22 yaşlı könüllü döyüşçü Famil Camalzadə isə Xurşud kəndində uğrunda canlarından keçdikləri Vətən torpağına tapşırılıblar.

Şəhidlərin dəfnində rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı Salyan RİH-nin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, ictimai birliklərin və dini qurumların nümayəndələri də iştirak ediblər.

 

Mənbə: virtualaz.org