Gəncədə qəzada 3 nəfər yaralandı - Fotolar

Gəncədə qəzada 3 nəfər yaralandı - Fotolar

Gəncədə yol qəzası baş verib.

Hadisə Gəncə-Samux avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.

“KİA” markalı avtomobil “VAZ 2107” markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev




Mənbə: qafqazinfo.az