“Galendewagen”lə insident törədən sürücü həbs olundu

“Galendewagen”lə insident törədən sürücü həbs olundu

Bir neçə gün öncə Masazırda qırmızı işıqda keçib insident törədən sürücü Ş.Həmzəyev 15 sutka inzibati qaydada həbs edilib.

İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Galendewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Mənbə: qafqazinfo.az