Ermənistanın Gümrü şəhərində yerləşən "Ana Ermənistan" memorial kompleksinə qarşı vandalizm aktı törədilib. Abidənin üzərindəki qızılı rəngli hərfləri qopararaq dövlət mülkiyyətinə ziyan vuran şəxs polis tərəfindən saxlanılıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində tarixi abidəyə zərər vurmaqda şübhəli bilinən 41 yaşlı kişi saxlanılaraq istintaqa cəlb olunub.
Hazırda faktla bağlı cinayət işi açılıb, hadisənin hansı məqsədlə törədildiyi və vurulmuş maddi ziyanın dəqiq həcmi araşdırılır.
Bizim.Media
Mənbə: bizim.media