Göyçayda ağac maşının üzərinə aşdı - Yolda hərəkət dayandı+Fotolar

Göyçayda ağac maşının üzərinə aşdı -

Göyçayda irigövdəli qurumuş çinar ağacı avtomobilin üzərinə aşıb.

Hadisə rayonun Əli Kərim küçəsində qeydə alınıb.

Belə ki, ağac yol kənarında dayan “Hyundai Santa Fe” markalı minik maşınının üzərinə aşıb.

Yolda hərəkət tamamilə məhdudlaşdırılıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda baş vermiş hadisənin fəsadları aradan qaldırılır.

Yunis Quliyev


Mənbə: qafqazinfo.az