Sumqayıtın bir hissəsində su kəsildi: Səbəb AÇIQLANDI

Sumqayıtın bir hissəsində su kəsildi:

Sumqayıt şəhərində suyun verilişində məhdudiyyət yaranıb.

Bu barədə oxu.az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, şəhərin 18-ci mikrorayon ərazisində səhər saatlarından suyun verilişi dayandırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, su xəttində qəza baş verib:

"Hazırda su xəttində qəzanın aradan qaldırılması istiqamətində təmir və bərpa işləri görülür. Axşama doğru işlər yekunlaşdırılacaq, daha sonra suyun verilməsi mərhələli şəkildə bərpa ediləcək".

Bizim.Media

Mənbə: bizim.media