Cəlilabadda kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, elektrik Fariz Məmmədov dirəkdə təmir-bərpa işləri apararkən, elektrik enerjisinin verilməsi nəticəsində onu cərəyan vurub.
Ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Mənbə: qafqazinfo.az