Ukraynanın dron hücumu ilə əlaqədar Moskvanın üç hava limanında 150-yə yaxın reys təxirə salınıb və ya ləğv edilib.
“Şeremetyevo” aeroportunda təxminən 95 reys təxirə salınıb, hava limanı "Xalça" planına görə müvəqqəti olaraq bağlanıb.
“Vnukovo” və “Domodedovo” aeroportlarında isə təxminən 55 reys təxirə salınıb.
Hazırda hava limanlarının razılaşma əsasında uçuşları qəbul etdiyi bildirilib.
Mənbə: apa.az