Sumqayıtda faciə - 4 yaşlı qız 5-ci mərtəbədən yıxıldı

Sumqayıtda faciə -

Sumqayıtda bədbəxt hadisə baş verib.

Teleqraf-a istinadən xəbər verilir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

4 yaşlı qız yaşadığı binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yıxılıb.

Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: publika.az