Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda əldəqayırma qurğu partlayıb.
"Haber Global"a istinadən xəbər verir ki, motsikletli iki nəfər əldəqayırma qurğunu yaşayış binasının qarşısındakı səkinin önünə qoyub.
Onlar həmin yerdən uzaqlaşdıqdan sonra partlayış baş verib. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, ətrafdakı binalara və iş yerlərinə ziyan dəyib.
Polis hadisəni törədən iki şəxsin axtarışına başlayıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə: publika.az