Qaluzin qəzaya uğrayan AZAL təyyarəsindən danışdı

Qaluzin qəzaya uğrayan AZAL təyyarəsindən danışdı

Moskva və Bakı “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı yaranmış bütün məsələləri tamamilə həll edib.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI telekanalına müsahibəsində deyib.

Nazir müavini təyyarə qəzasının nəticələrinin aradan qaldırılması və təzminatların ödənilməsi məsələsinin tam tənzimləndiyini qeyd edib:

“Bilirsiniz, biz Azərbaycan təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı bütün məsələləri uzaqlaşdırdıq və tam həll etdik. Lakin bu məsələlər, özünüz də başa düşürsünüz ki, ağır faciə yaşamış, əvəzedilməz itki ilə üzləşmiş konkret insanlara aiddir. Ona görə də, dürüst desəm, bu barədə burada təfərrüatlara varmaq istəməzdim”.

Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixində AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin layneri Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb.

Mənbə: qafqazinfo.az