Deniz Akkaya saxlanıldı

Deniz Akkaya saxlanıldı

Keçmiş model Deniz Akkaya dostunun evində baş verən insidentə görə saxlanılıb.

Türkiyə mediasının məlumatına görə, Akkaya hələlik məlum olmayan səbəbdən dostu Kürşat A. ilə mübahisə edib.

İddiaya əsasən, o, ev sahibinə fiziki hücum edib, həmçinin evdəki əşyalara zərər vurub.

Hadisə ilə bağlı polisə məlumat verilib və Deniz Akkaya ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Müəllif: Roza

Mənbə: publika.az