Yük maşını çaya aşdı: ölən var

Yük maşını çaya aşdı: ölən var

Mingəçevir Su Anbarının Samux rayon hissəsindən keçən ərazidə batan 1992 ci il təvəllüdlü Vüsal Nəzərovun meyiti tapılıb.

Hadisə nəticəsində Roman Mirzəyev və Şamil Sadıqov xəsarət alıblar. İlkin ehtimala görə, hadisə "MAZ" markalı avtomobilin aşması nəticəsində baş verib.

***

Samuxda "MAZ" avtomobilinin su anbarına aşması nəticəsində bir nəfər ölüb.

Hadisə Mingəçevir Su Anbarının Samux rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "MAZ" markalı yük avtomobilin aşması nəticəsində 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxa bilib.

Ölən şəxsin meyitinin axtarışları davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: publika.az