Vüqar Məmmədovun məhkəməsində GƏRGİN İCLAS: İttiham aktı elan edildi

Vüqar Məmmədovun məhkəməsində GƏRGİN İCLAS: İttiham aktı elan edildi
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib. V.Məmmədov irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib və məhkəmədə sərbəst ifadə verib.

Müdafiə tərəfi Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim edib, lakin məhkəmə vəsatəti təmin etməyib. Prosesin növbəti iclası iyulun 27-nə təyin olunub.

Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Elgün Həsənli

Mənbə: oxu.az