Naxçıvanın bəzi ərazilərində 10 iyul saat 00:00-dan etibarən içməli suyun verilişində gün ərzində müvəqqəti fasilə yaranacaq.
Buna səbəb diametri 355 mm olan magistral su xəttində baş verən qəzanın aradan qaldırılmasıdır.
Fasilə Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan yaşayış massivləri, həmçinin 6, 54, 56, 58, 60 və 61-ci məhəllələr, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edəcək.
Qəza-bərpa işləri başa çatdırıldıqdan sonra ərazilərin su təchizatı əvvəlki rejimdə bərpa olunacaq.
Mənbə: oxu.az