Özünün və digərlərinin həyatını təhlükəyə atdı - Video

Özünün və digərlərinin həyatını təhlükəyə atdı - Video

Bakıda yolda texniki nasazlıqla üzləşmiş avtomobillərin sürücülərinin digər hərəkət iştirakçıları üçün xəbərdaredici işarələrdən istifadə etməməsi adi hala çevrilib.

“Qafqazinfo” xəbər verir ki, belə hadisələrdən biri Xəzər rayonu ərazisində - Zuğulba-Bilgəh yolunda qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil sürətli yolun döngə hissəsində texniki səbəbdən dayansa da, onunla eyni istiqamətdə gələn və görmə məsafəsi az olan digər nəqliyyat vasitələri üçün heç bir xəbərdaredici işarə qoymayıb. Nəticədə, yolda qəza şəraiti yaranıb.

Bu hal digər avtomobillər kimi, nasaz olan nəqliyyat vasitəsi və sürücüsü üçün də təhlükəlidir.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı-Sumqayıt yolunda texniki nasazlıq səbəbindən qalan avtomobil ağır qəzaya səbəb olmuş və tanınmış hüquqşünas Fərhad Mehdiyevin motosikletlə hərəkət edən qızı həlak olmuşdu.

Mənbə: qafqazinfo.az