Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Telman Adıgözəl oğlu ehtiyatsızlıqdan şor kollektoruna düşərək boğulub.
Onun sudurqadan əziyyət çəkdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Mənbə: qafqazinfo.az