Gəncədəki zəhərlənməni prokurorluq araşdırır

Gəncədəki zəhərlənməni prokurorluq araşdırır

Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində yas mərasimində zəhərlənmə hadisəsi baş verib.

Yas mərasimində iştirak edən Nuriyə Rüstəmova (1962), Amin Teymurlu (1986), İ. Məmmədov (2017), Z. Hüseynova (2015), U. İsyaev (2020), Bənövşə Əliyeva (1963), Sevil Hüseynova (1987) və Mahirə İsmayılova (1983) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Mənbə: qafqazinfo.az