SEPAH İordaniyada İrana hücum istifadə edilən ABŞ bazasının vurulduğunu bildirir

SEPAH İordaniyada İrana hücum istifadə edilən ABŞ bazasının vurulduğunu bildirir

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ-a məxsus hərbi hava bazasının hədəfə alındığını açıqlayıb.

Bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilib ki, sözügedən hava bazası bu gün səhər saatlarında ballistik raketlərlə vurulub.

SEPAH-ın bəyanatında obyektin İrana hücum üçün istifadə edildiyini iddia edib.

SEPAH həmçinin Bəhreyndə yerləşən Cüfeyr hərbi bazasındakı bir neçə silah-sursat təchizat anbarının, peyk rabitə mərkəzinin və ABŞ hərbçilərinin yaşayış binasının raket və pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlayıb.

Mənbə: apa.az