Venesuelada hantavirus həyəcanı: Ölənlər var

Venesuelada hantavirus həyəcanı:

Venesuelada hantavirus infeksiyası səbəbindən üç nəfər həyatını itirib.


Nu barədə respublikanın Səhiyyə Nazirliyi öz rəsmi "Telegram" kanalında məlumat yayıb.

Nazirlikdən bildirilib ki, vəfat edən şəxslərin hər üçü Ansoateqi ştatının sakinləri olub.

Qurum həmçinin əlavə edib ki, Venesuelada virusun insandan insana keçməsini sübut edən heç bir elmi fakt qeydə alınmayıb. Eyni zamanda Barinas ştatında iki tibb işçisinin də dünyasını dəyişdiyi, hadisənin dəqiq səbəblərinin araşdırıldığı qeyd olunub.


Səhiyyə Nazirliyi Venesuela vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Milli İctimai Səhiyyə Sisteminin tam gücü ilə fəaliyyət göstərdiyini vurğulayıb və aparılan araşdırmaların nəticələrinin rəsmi kanallar vasitəsilə vaxtında ictimaiyyətə çatdırılacağını vəd edib.

Bizim.Media

Mənbə: bizim.media