Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

Səbail və Binəqədi rayonlarında oğurluq edənlər tutulub

Bizim.Media xəbər verir ki, Səbail rayonu ərazisində yerləşən otellərin birindən kondisioner, 2 ədəd televizor, kombi aparatı oğurlanıb və nəticədə zərərçəkənə ümumilikdə 10 min manata yaxın maddi ziyan dəyib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 35 yaşlı D.Göycəyev müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayonunda qeydə alınan oğurluq hadisəsi zamanı isə bir nəfərə məxsus "Chevrolet" markalı avtomobildən 290 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı S.Baxşiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırmalar aparılır.

Bizim.Media

Mənbə: bizim.media