ABŞ İranın daha 16 təşkilatına qarşı sanksiya tətbiq edib

ABŞ İranın daha 16 təşkilatına qarşı sanksiya tətbiq edib

Vaşinqton İranın daha 16 təşkilatına qarşı sanksiyalar paketini təsdiq edib.

Bu barədə “RİA Novosti” ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Sanksiyalar siyahısına iki İran vətəndaşı da daxil edilib.

İraq vətəndaşı Əbdül Əziz əl-Məhəmmədəvi isə Birləşmiş Ştatların axtardığı terrorçular siyahısına daxil edilib və onun axtarışları istiqamətində iş aparıldığı bildirilir.

Mənbə: www.oxu.az