Mingəçevirdə avtomobil qaz borusuna çırpılıb

Mingəçevirdə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Samux küçəsində baş verib.

1990-cı il təvəllüdlü sürücü Əzimli Sahil Nüsrət oğlunun idarə etdiyi "BMW" markalı minik maşını yol kənarındakı maneələrə, o cümlədən qaz borusuna çırpılıb. Qəza zamanı xəsarət alan sürücüyə hadisə yerində tibbi yardım göstərilib.

İlkin məlumata görə, qaz borusu zərər görsə də, ötürücülük qabiliyyətini itirməyib.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Milli Qvardiya Baydenin andiçməsinə 20 mindən çox əsgər göndərəcək

SONRAKI XƏBƏR

Ombudsman Aparatı Ermənistan tərəfindən işğaldan azad olunmuş ərazilərdə terrorçu-diversant qüvvələrin yerləşdirilməsini pisləyib