Bakıda iki avtobus TOQQUŞDU: Yaralılar var - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakıda iki avtobus TOQQUŞDU: Yaralılar var - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakının Xəzər rayonu, Binə qəsəbəsində iki avtobus toqquşub.

“Oxu.az”a istinadən xəbər verilir ki, qəza bu gün saat 07:40-da baş verib.

Fariz Namiq oğlu Şahbazovun idarə etdiyi "Hyundai" markalı, 88-BS-435 dövlət nömrə nişanlı avtobus Binə qəsəbəsi ərazisində 160 nömrəli xətt üzrə hərəkət edən İSUZU markalı, 77-JD-305 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb.


Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.


Mənbə: bizim.media