FHN psixoloji xidmətə başlayıb - VİDEO

FHN-in 112 qaynar xətti 44 günlük Vətən müharibəsi iştirakçılarına,müharibədən əziyyət çəkmiş bütün vətəndaşlara psixoloji dəstək xidməti göstərməyə başlayıb.

Qeyd edək ki, nazirliyin 112 qaynar xəti 2020-ci il aprelin 8-dən koronavirusun kəskin yayıldığı vaxtlardan bəri bu xidmətə başlayıb və həmin tarixdən bu günə qədər xidmətə 2000-dən çox müraciət daxil olub.

Psixoloji vəziyyəti daha ağır olan vətəndaşlar üçün də FHN tərəfindən Türkiyədən 20 peşəkar psixoloq dəvət olunub.Həmin psixoloqlar yanvarın 20-də Azərbaycanda olacaqlar.

Qeyd edək ki, bu xidmət 24 saat fasiləsiz fəaliyyət göstərir.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Simptomsuz koronavirus keçirdiyimizi necə anlaya bilərik?

SONRAKI XƏBƏR

Koronavirus onkoloji xəstələri sağaldırmı?– Xərçəng xəstələrində ilginc dəyişim