MMA döyüşçüsü bacısı ilə bərabər ağır qəzaya düşüb: Bir nəfər ölüb - FOTO

Hollandiyalı kikboksçu, qarışıq döyüş növləri üzrə tanınmış idmançılardan biri olan Robin Van Ruusmalen və bacısı ağır qəzaya düşüblər.

Bu barədə “MMA Fighting” məlumat yayıb.

Bildirilir ki, yük maşını 31 yaşlı idmançı və onun bacısının olduğu avtomobilə çırpılıb.

İdmançının bacısı aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.

İdmançının özü barədə məlumat verilmir.

Yük maşınının sürücüsü polis tərəfindən saxlanılıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirusu məhv edən yeni üsul təhlükəli ola bilər

SONRAKI XƏBƏR

Azərbaycanda Stalin repressiyaları - Bəs siz VİKİPEDİYADA nə axtarmısınız?