Hirkan Milli Parkının ərazisində yanğın baş verib

Bu gün axşam saatlarında Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Kəlbəcərə at belində... - Video

SONRAKI XƏBƏR

Paşinyanın arvadı və qızı Moskvaya belə qaçdı - ANBAAN VİDEO