İspaniyanın paytaxtı qar və çovğun səbəbi ilə fəlakət bölgəsi elan oluna bilər

İspaniyanın paytaxtı qar və çovğun səbəbi ilə fəlakət bölgəsi elan oluna bilər

Madrid şəhərinin rəsmiləri qar və çovğun nəticəsində paytaxta bütövlükdə 1,4 milyard avro məbləğində ziyan dəydiyini, buna görə də ölkə rəhbərliyindən şəhəri fəlakət bölgəsi elan etməyi xahiş ediblər.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin başçısı Xose Luis Martinez Almeida mətbuat konfransında çıxış edərkən bildirib.

O, hesablamaların Madrid Bələdiyyəsinin iqtisadi fəaliyyətinə, infrastrukturuna və əmlakına dəyən ziyan əsasında aparıldığını bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Madrid şəhərinə yağan güclü qar İspaniya paytaxtında həyatı iflic etmişdi.

Güclü qar səbəbindən Madriddə yerləşən Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırmışdı.

Mənbə: www.oxu.az