Dünyanın ən qədim şəkli tapıldı - MARAQLI

Dünyanın ən qədim şəkli tapıldı - MARAQLI

İndoneziyadakı bir mağaranın divarında 45 min 500 il əvvələ aid olduğu düşünülən bir çöl qabanının şəklinə rast gəlinib.

Moderator.az xəbər verir ki, sözügedən kəşf dünyada bugünə qədər mağaraya çəkilmiş ən qədim heyvan şəkli kimi qeydə alınıb.

Sulavesi adasında ucqar bir vadidə yer alan "Leang Tedongnge" mağarasındakı şəkil bölgədəki insanların məskunlaşmasına dair ən qədim dəlildir.

Kəşflə bağlı tapıntıların bəhs olunduğu "Science Advances" elmi jurnalında dərc edilmiş məqalədə

ortaya çıxan rəsmdə çöl donuzunun iki donuzla davasının tasvir edildiyi bildirilib.

Kamran

 

 

 

Mənbə: moderator.az