Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

Göygöldə keçirilən Milli Yaylaq Festivalında xəsarət alanlardan 4-nün adı məlum olub.

Hadisə zamanı 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, Əli Məmmədzadə, 1998 ci il təvəllüdlü Kamran Zeynalov və 1997 ci il təvəllüdllü Vüsət Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Gəncədə Abbas Səhhət adına xəstəxanaya gətiriliblər. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.

Xəsarət alanlardan ikisinin Vətən müharibəsi qazisi olduğu bildirilir.

Mənbə: bizim.media